Xəzər Xəbər

Çində yeməkxanada partlayış: 6 nəfər ölüb, 15 nəfər yaralanıb

Dünya | 11:15 • 13 Oktyabr 2019
Çində yeməkxanada partlayış:

Çinin Ciansu vilayətinin Usi şəhərində qəlyanaltıxanada baş verən qaz partlayışı nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb.


AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, hadisə yerli vaxtla saat 11:00 (Bakı vaxtı ilə 07:00) radələrində Sişan rayonunda baş verib.


Dərhal hadisə yerinə gələn xilasedicilər və təcili tibbi yardım briqadaları yaralıları xəstəxanalara çatdırıblar. Onlardan altısının həyatını xilas etmək mümkün olmayıb. Digər yaralıların vəziyyətinin sabit olduğu bildirilir.


Yerli hakimiyyət orqanlarının rəhbər şəxsləri hadisə yerinə baş çəkiblər.

Xəbər lenti