Xəzər Xəbər

Polşada parlament seçkiləri keçirilir

Dünya | 10:32 • 13 Oktyabr 2019
Polşada parlament seçkiləri keçirilir

Oktyabrın 13-də Polşada parlament seçkiləri keçirilir.


Xezerxeber.az TASS agentliyinə istinadən xəbər verir ki, səsvermə nəticəsində Seymə 460, Senata isə 100 deputat seçilməlidir.


Seçki məntəqələri yerli vaxtla saat 07:00-da açılıb və saat 21:00-da bağlanacaq.


Polşa Dövlət Seçki Komissiyasının məlumatına görə, ölkədə səsvermə hüququna malik 30 milyon 111 min 281 seçici var.

Xəbər lenti