Xəzər Xəbər

Hulusi Akar əməliyyat keçirildiyi sərhəddə – Açıqlama verdi

Dünya | 13:09 • 12 Oktyabr 2019
Hulusi Akar əməliyyat keçirildiyi sərhəddə

Türkiyə müdafiə naziri Hulusi Akar Quru Qoşunları komandanlığının sərhəd xəttindəki Qərargah Mərkəzinə gələrək "Sülh çeşməsi” əməliyyatında son durumu araşdırıb.

Əməliyyatın gedişi, ortaya çıxan yeni vəziyyət haqqında məlumat alan və özünün təlimatlarını verən general Akar səhər saatlarına qədər Qərargah Mərkəzində qalaraq fəaliyyətini burada davam etdirib.

Müdafiə naziri bəyan edib ki, ABŞ və koalisiya əsgərlərinin vurulması müzakirə mövzusu deyil: "Onsuz da qərargahımızla ABŞ arasında lazım olan koordinasiya həyata keçirilir”.

Müdafiə nazirini Suriya ilə sərhədə qədər Türkiyə Silahlı Qüvvələrinin ordu birləşmələrinin komandanları da müşayiət edib./teleqraf

Xəbər lenti

Çox oxunanlar