Xəzər Xəbər

Pompeodan İran mesajı: Məhv edəcəyik!

Dünya | 12:13 • 12 Oktyabr 2019
Pompeodan İran mesajı:

Əgər Tehran öz davranışını dəyişməsə, İran öz iqtisadiyyatının məhvi ilə üz-üzə qalacaq.

Bunu ABŞ Dövlət katibi Mayk Pompeo öz Tvitter səhifəsində paylaşıb.

"ABŞ Səudiyyə Ərəbistanının müdafiə potensialını gücləndirmək və İran aqressiyasının qarşısını almaq üçün əlavə qüvvələr və texnika göndərir. İran rejimi gərək köklü şəkildə öz davranışını dəyişsin və normal ölkə kimi hərəkət etsin. Əks halda o öz iqtisadiyyatının çöküşünü müşahidə edə bilər”, - deyə o bildirib./Axar.az

Xəbər lenti