Xəzər Xəbər

Abbas Müsəvi: İranın tankeri raket hücumuna məruz qalıb

Dünya | 15:30 • 11 Oktyabr 2019
Abbas Müsəvi: İranın tankeri raket hücumuna məruz qalıb

İranın milli neft şirkətinə məxsus neft tankeri Qırmızı dənizdə raket hücumuna məruz qalıb.


AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Müsəvi deyib. O bəyan edib ki, İranın milli neft şirkətinin texniki ekspertiza heyəti hadisə yerinə baxışdan sonra belə nəticəyə gəlib. Tanker 30 dəqiqə ara məsafəsi ilə iki raketlə vurulub. Nəticədə göyərtədə yanğın baş verib və ekipaj təxliyyə edilib. Tankerdən dənizə neft axmasının qarşısı alınıb.


A.Müsəvi qeyd edib ki, İran ciddi araşdırma aparır.

Xəbər lenti