Xəzər Xəbər

Ukrayna telekanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən danışılıb

Dünya | 13:51 • 11 Oktyabr 2019
Ukrayna telekanalında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən danışılıb

Ukraynada yaşayan soydaşımız tarixçi Eldar Tağıyev "OTB Dnepr” kanalında yayımlanan jurnalist Fidel Suxonisin verilişində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə geniş məlumat verib.


AZRTAC xəbər verir ki, diaspor fəalı Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində 26 ildən artıqdır, Azərbaycanın 20 faiz ərazisinin hələ də işğal altında qaldığını vurğulayıb. Qeyd edib ki, BMT-nin qətnamələrinə baxmayaraq, Ermənistan işğalçılıq siyasətindən əl çəkmir.


E.Tağıyev verilişdə azərbaycanlıların Ukrayna cəmiyyətinə inteqrasiyası, Ukraynada böyüyən gənclərimizin bu dövlətin quruculuğunda fəal iştiraki, diasporumuzun bu sahədə rolu və digər məsələlərə də ətraflı toxunub.

Xəbər lenti