Xəzər Xəbər

“Ölü” öz dəfnindən sonra evə qayıtdı

Dünya | 14:24 • 11 Oktyabr 2019
“Ölü” öz dəfnindən sonra evə qayıtdı

İndoneziyanın Şərqi Yava əyalətinin sakini öz cənazəsindən sonra evinə qayıdıb.

Bu barədə "AsiaOne” məlumat verir.

Qarışıqlıq sənədsiz motosiklet sürən adamın öldüyü qəza ilə başlayıb. Tanınmaz hala düşən meyitin kimliyini müəyyənləşdirmək mümkün olmadığı üçün ölənin şəxsiyyəti motosikletə görə təyin olunub. Belə ki, polis onun Sunarto adlı 40 yaşlı inşaatçıya aid olduğunu müəyyən edib.

Qalıqlar dəfn üçün Sunartonun yaxınlarına verilib.

Cənazədən yeddi saat sonra Sunarto evinə qayıdıb. Kişinin dediyinə görə, o, öz ölümünü iş yoldaşlarından öyrənib. İnşaatçı üçay əvvəl Variim adlı şəxsdən borc aldığını və zəmanət olaraq öz motosiklini ona verdiyini deyib. O güman edir ki, qəzada ölən Variimdir.

Variimin qohumları yanlışlığı biləndə qəbri qazaraq meyiti götürməkdənsə, baş daşındakı adı dəyişdirməyi üstün tutublar.

Xəbər lenti