Xəzər Xəbər

ABŞ-Çin yaxınlaşması başlayır? Tramp açıqladı

Dünya | 12:37 • 11 Oktyabr 2019
ABŞ-Çin yaxınlaşması başlayır?

Vaşinqtonda start götürən ABŞ-Çin danışıqlarının ilk günü çox yaxşı keçib.

Amerika KİV-ləri xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ evin cənub çəmənliyində jurnalistlərin suallarına cavab verərkən deyib.

"Biz danışıqları indicə başa vurduq. Danışıqlar çox yaxşı keçdi. Daha bir gün danışıqlar aparacağıq. Mən Çinin vitse-prezidenti Lü He ilə Ağ evdə görüşəcəyəm və hər şeyin yaxşı keçəcəyini düşünürəm. Biz Çinlə çox yaxşı danışıqlar aparırıq”, - deyə ABŞ prezidenti bildirib.

Oktyabrın 10-da Vaşinqtonda ABŞ və Çin arasında ticarət danışıqlarının yeni raundu başlayıb. Ölkələr ticarət sahəsində fikir ayrılıqlarını aradan qaldırmaq üçün artıq bir neçə aydır ki, gərgin danışıqlar aparırlar.

Xəbər lenti