Xəzər Xəbər

Türk ordusuna QORXUNC HÜCUM: yaralılar var

Dünya | 11:35 • 11 Oktyabr 2019
Türk ordusuna QORXUNC HÜCUM:

PKK/PYD terror təşkilatı Türkiyə Silahlı Qüvvələrinin Suriyada yerləşən hərbi bazasına hücum edib.

Hadisə nəticəsində 5 əsgər yaralanıb. Yaralılar Kilis dövlət xəstəxanasına yerləşdirilib.

Hücum Təl Rıfat bölgəsindən "Fərat Qalxanı” hərəkatı bölgəsindəki Azez yaxınlığındakı hava bazasına edilib. Türkiyə Silahlı Qüvvələri dərhal hücuma cavab verib./publika.az

Xəbər lenti