Xəzər Xəbər

NATO-nun baş katibi Ərdoğanla görüşə niyə gəlir? - DETALLAR

Dünya | 10:33 • 11 Oktyabr 2019
NATO-nun baş katibi

NATO-nun baş katibi Yens Stoltenberq bu gün Türkiyəyə səfər edəcək.

Baş katib yerli vaxtla saat 11:30-da Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə mətbuat konfransına qatılacaq.

Stoltenberq daha sonra prezident Rəcəb Tayyib Ərdoğanla Dolmabahçe Sarayında görüşəcək.

Onlar burada Terrorla Mübarizə və Regional Birlik mövzulu 3-cü Parlament Sədrləri Konfransının Açılış Toplantısına qatılacaq.

Baş katib Türkiyənin Suriyanın şimalında təşkil etdiyi "Sülh Çeşməsi” hərəkatı ilə bağlı açıqlamasında "Türkiyənin təhlükəsizlik qayğıları var. Qorxunc terror hücumlarına məruz qalıb. Türkiyənin soyuqqanlı davranacağına və fəaliyyətlərinin balanslı olacağına inanıram” sözlərini demişdi./publika.az

Xəbər lenti