Xəzər Xəbər

Trampdan təhdid kimi açıqlama: Türkiyə ilə bağlı 3 variantımız var

Dünya | 09:58 • 11 Oktyabr 2019
Trampdan təhdid kimi açıqlama:

ABŞ prezidenti Donald Tramp Türkiyənin Suriyanın şimalında keçirdiyi əməliyyatla əlaqədar növbəti açıqlamalar verib.

Prezident ABŞ qarşısında üç variant olduğunu deyib.

"İndi Türkiyə kürdlərə hücum edir, bu ikili 200 ildir bir-biri ilə döyüşür. İndi bizim üç variantımız var: Ya ora əsgər göndərəcəyik və hərbi olaraq qazanacağıq, ya Türkiyəni maliyyə olaraq və sanksiyalarla sərt bir şəkildə vuracağıq, ya da Türkiyə və kürdlər arasında bir razılaşma üçün vasitəçilik edəcəyik!”, - Tramp tvitterdə yazıb./publika.az

Xəbər lenti