Xəzər Xəbər

Donald Tramp “Forbes”in reytinqində 119 mövqe gerilədi

Dünya | 13:51 • 10 Oktyabr 2019
Donald Tramp “Forbes”in reytinqində 119 mövqe gerilədi

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp "Forbes” jurnalının tərtib etdiyi ABŞ-ın ən varlı insanları reytinqində son il ərzində 16 pillə geriləyib.

"Forbes” nəşri xəbər verir ki, Ağ evin rəhbəri yeni siyahıda 275-ci yerdə qərarlaşıb. Donald Tramp prezident postunda işlədiyi dövr ərzində ümumilikdə 119 mövqe itirib.

Artıq ikinci ildir ki, Amerika prezidentinin varidatı 3,1 milyard dollar təşkil edir.

ABŞ-ın ən varlı şəxsləri reytinqində ilk üç yerin sahibi isə dəyişməz qalıb. Siyahıda ilk yeri "Amazon” kompaniyasının qurucusu Ceff Bezos tutur - 114 milyard dollar. Reytinqin ikinci pilləsində "Microsoft” kompaniyasının banisi Bil Qeyts (106 milyard dollar), üçüncü pilləsində isə sərmayəçi Uorren Baffet (80,8 milyard dollar) qərarlaşıb.

Xəbər lenti