Xəzər Xəbər

ABŞ tarixin ən acımasız qatilini açıqladı: O, öldürdüyü qadınların portretini çəkirdi

Dünya | 15:04 • 9 Oktyabr 2019
ABŞ tarixin ən acımasız qatilini açıqladı:

ABŞ tarixin ən acımasız qatilinin Semuel Litl olduğunu açıqlayıb.

Semuel, öldürdüyü 93 şəxsin hər birinin daha sonra rəsmini çəkib.

Belə ki, Semuel 2012-ci ildə narkotik ticarəti ilə məşğul olduğuna görə həbs olunub. Araşdırmalar nəticəsində onun üstü açılmamış 3 cinayətdə əli olduğu məlum olub. Ömürlük həbs cəzasi alan Samuel həbsdə, 3 yox, 93 şəxsi öldürdüyünü etiraf edib. Bu cinayətləri Samuel 1970-2005-ci ilədək törədib.

Qeyd edək ki, Samuel əsasən evsizləri, narkotik aludəçilərini və fahişələri öldürüb. Onun qurbanları kimsəsizlər olub. Bu səbəbdən, o, heç vaxt saxlanılmayacagından əmin olub.

Hazırda Samuelin 78 yaşı var. O, hələ də törətdiyi cinayətlərin təfərrüatlarını, vaxtını, tarixini, yerini, eləcə də qurbanlarının üz cizgilərini və hətta bəzək əşyalarını dəqiqliyi ilə xatırlayır.

Samuelin digər qatillərdən fərqi də, cinayəti törəkdikdən sonra öldürdüyü şəxslərin rəsmini çəkmək olub./bizimyol

Xəbər lenti