Xəzər Xəbər

Kimya üzrə Nobel mükafatının qalibləri açıqlanıb

Dünya | 14:09 • 9 Oktyabr 2019
Kimya üzrə Nobel mükafatının qalibləri açıqlanıb

2019-cu il Kimya üzrə Nobel mükafatı qaliblərinin adları açıqlanıb.


Xezerxeber.az-ın xəbərinə görə, mükafat John B.Goodenough (ABŞ), M.Stanley Whittingham (Böyük Britaniya) və Akira Yoshinoya (Yaponiya) verilib.


Onlar litium-ion batareyalarının inkişafına görə Nobel mükafatına layiq görülüblər.


Qeyd edək ki, qaliblərin mükafatlandırma mərasimi ənənəyə uyğun olaraq dekabrın 10-da Alfred Nobelin vəfatı günü keçiriləcək. Beş mükafatdan 4-ü Stokholmda, Sülh üzrə Nobel mükafatı isə Osloda təqdim olunur. 2018-ci ildə Nobel mükafatlarının hər birinin məbləği 9 milyon İsveç kronu təşkil edib.

Xəbər lenti