Xəzər Xəbər

Türkiyənin əməliyyatından öncə Rusiyadan PKK və Əsədə sürpriz ÇAĞIRIŞ

Dünya | 13:43 • 9 Oktyabr 2019
Türkiyənin əməliyyatından öncə

Suriyanın şimalındakı problemlər dialoq yolu ilə həll olunmalıdır.

Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov deyib.

Türkiyənin Fərat çayının şərqində təşkil etdiyi hərbi əməliyyatla bağlı danışan nazir bildirib ki, Rusiya Türkiyə-Suriya sərhədindəki problemlərin həllinə cəlb etmək üçün bu ölkədəki kürd qüvvələri və Dəməşqlə təmas saxlayır. Həmçinin qeyd edib ki, Rusiya dialoqun yaranması üçün vasitəçi olacaq. Bölgədə sabitlik və davamlılığın təmin olunması üçün tək yolun bu olduğunu vurğulayan Lavrov Dəməşq və kürdlərin dialoqa hazır olduğunu bildirib.

Nazir ABŞ-ın Suriyadakı hərəkətlərinin əsassız olduğunu, bunun Vaşinqtondakı anlaşmazlığı əks etdirdiyini qeyd edib. Əlavə edib ki, Donald Tramp Pentaqon qüvvələrinin geri çəkilməsi ilə bağlı verdiyi vədi tutmaya bilər.

Qeyd edək ki, Sergey Lavrov ötən gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefonda Suriya məsələsini müzakirə etmişdi./publika.az

Xəbər lenti