Xəzər Xəbər

Qorxunc gəlişmə: ABŞ 30 minlik İŞİD-çini sərbəst buraxır? – Sensasion iddia

Dünya | 13:15 • 9 Oktyabr 2019
Qorxunc gəlişmə: ABŞ 30 minlik İŞİD-çini sərbəst buraxır?

Türkiyə Silahlı Qüvvələri 24 saat ərzində Suriyanın şimal-şərq bölgələrində - Fərat çayının sahillərində genişmiqyaslı hərbi əməliyyatlara başlayacaq.

Bu barədə ABŞ-da fəaliyyət göstərən "Foreign Policy” nəşri ABŞ hökumətindəki mənbəyə istinadən məlumat yayıb.

Nəşrdin iddiasına görə, ABŞ hökuməti bu barədə məlumatı Vaşinqtondakı Türkiyə səfirliyindən əldə edib.

Mənbə bölgədəki kürd birliklərinin Suriyanın şimal sərhədlərinə - əməliyyat bölgəsinə doğru hərəkət etdiyini və arxada İŞİD-çi dustaqlara nəzarət edən azsaylı birliyin qaldığını bildirib.

Nəşrin iddiası nəzarətsiz qalan 25-27 minlik İŞİD-çinin sərbəst buraxılacağı məlumatının yayılmasına yol açıb.

Əlavə edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Suriyada saxlanılan 30 minə yaxın İŞİD üzvündən Türkiyənin məsuliyyət daşıdığını açıqlamışdı./teleqraf

Xəbər lenti