Xəzər Xəbər

Putin və Berluskoni Soçidə görüşdü

Dünya | 12:32 • 9 Oktyabr 2019
Putin və Berluskoni Soçidə görüşdü

Rusiya Prezidenti Vladimir Putin və İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni arasında Soçidə görüş keçirilib.

Bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Görüş çərşənbə axşamı günü (oktyabrın 8-də) günün birinci yarısında baş tutub”, – deyə o bildirib.

Bundan bir qədər öncə S.Berluskoni "Feysbuk”da Rusiyaya səfəri zamanı Putinlə görüşdüyünü bildirmişdi. Siyasətçilər görüşdə Rusiya ilə İtaliya arasındakı münasibətləri, eləcə də dünyadakı vəziyyəti müzakirə ediblər.

İyul ayında isə Berluskoni Putinlə Roma hava limanında görüşmüşdü. Onun sözlərinə görə, bu söhbət ölkələr arasında "hörmət və səmimi dostluq əlaqələrini” təsdiqləyib./teleqraf

Xəbər lenti