Xəzər Xəbər

Aylar əvvəl Türkiyəyə qarşı hazırlanmış HÜCUM PLANI ortaya çıxdı: 8 oktyabrda nə baş verdi?

Dünya | 11:38 • 9 Oktyabr 2019
Aylar əvvəl Türkiyəyə qarşı hazırlanmış HÜCUM PLANI ortaya çıxdı:

Türkiyənin şimalına hərbi əməliyyat təşkil etməsindən sonra "Sərhədlərini aşarsa, iqtisadiyyatını və onsuz da, zəif olan valyutasını məhv edəcəm” açıqlamasını verən ABŞ prezidenti Donald Trampın bu sözlərinin pərdəarxası üzə çıxıb.

Təqvim Türkiyə saatı ilə 8 oktyabrı göstərəndə dollar sürətlə bahalaşıb və Türkiyə lirəsi 5,85 olub.

Bir gün öncə ən aşağı 5,70-i görən dollar, beləliklə, 3% bahalaşıb. Məhz bu aralıqda böyük dollar alış-verişi gerçəkləşib. 7-8 oktyabr tarixli əməliyyatların həcmi 100 milyard dollara çatıb. Bu, normal günlərdən 5-10 milyard daha çoxdur.

Lakin Türkiyənin soyuqqanlı davranması ehtimal olunan iqtisadi hücumun qarşısını alıb.

Trampın həm Türkiyənin yolunu açan, həm də onu təhrik edən sözləri şübhə oyandırıb.

May ayında bir televiziya proqramından çıxış edən iqtisadçı ekspert Şant Manukyan o günlərdə 8 oktyabr tarixi ilə bağlı şübhəli açıqlamalar vermişdi: "Qəribə bir şəkildə, nə olduğunu həqiqətən bilmirəm, 8 oktyabra hər cür çox ciddi miqdarda rəqəmlər yazılıb. 150 milyon, 180 milyon, 200 milyon kimi…”

Bazardan pul qazanmaq üçün həmin valyutanın yazıldığı qiymət səviyyələrinin görülməsi lazımdır. Əgər görülməsə, bu əməliyyat da gerçəkləşə bilməz. Trampın tvitləri ilə istiqamət götürən və 5,85 TL-yə qədər bahalaşan dollar bu səviyyələrdə yazılı əməliyyatların gerçəkləşməsinə səbəb olub.

TL ötən gün Donald Trampın nisbətən yumşaq açıqlamalarından sonra ucuzlaşmağa başlayıb./publika.az

Xəbər lenti