Xəzər Xəbər

"Trampı Ərdoğandan soruşun" ABŞ razılaşmanın SİRRİNİ AÇDI

Dünya | 11:24 • 9 Oktyabr 2019
"Trampı Ərdoğandan soruşun"

ABŞ prezidenti Donald Trampın Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən bir çox mövzuda razılığa gətirilməsi ABŞ mətbuatında xüsusi müzakirə mövzusu olub.

Mediada "Trampla razılaşmaq üçün ipuclarına ehtiyacınızmı var? Ərdoğandan soruşun” tipli başlıqlar yer alıb.

Çin, İran və Şimali Koreya kimi ölkələrin ardınca Avropa ölkələri ilə böyük gərginliklər yaşayan Trampın Ərdoğanla telefon danışıqları hələ də dünya mediasında yer tutmağa davam edir. Ərdoğanı Trampla razılaşma sənətinin ustası adlandıranlar "ABŞ Konqresi və Pentaqonda hiddətlə qarşılanan qərarın alınması nöqtəsində Ərdoğanın Trampa qalib gəlməsi xüsusi bacarıqdır” deyirlər./publika.az

Xəbər lenti