Xəzər Xəbər

Türk ordusu itki verəcək – İrandan qəribə açıqlama

Dünya | 14:23 • 8 Oktyabr 2019
Türk ordusu itki verəcək

İran türk hərbçilərinin Suriya ərazisində hərbi əməliyyat aparmasının əleyhinə çıxış edir.

Bu barədə İran XİN-in rəsmi bəyanatında deyilib.

"Əminik ki, bu cür fəaliyyətlər nəinki Türkiyənin təhlükəsizliyinə töhfə verəcək, həm də maddi ziyana və insan itkisinə səbəb olacaq. Buna görə də İran hər hansı hərbi əməliyyat keçirilməsinin əleyhinə çıxış edir”, - İran XİN-dən bildirilib.

Qeyd edək ki, İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bu əməliyyata qarşı olduqlarını Türkiyənin nəzərinə çatdırdığını açıqlamışdı./axar.az

Xəbər lenti