Rusiya prezidenti Vladimir Putin özünün və Baş Nazir Dmitri Medvedevin maaşını artırıb.
Prezident bununla bağlı fərman imzalayıb. Fərmana əsasən, dövlət başçısı ilə Baş Nazirin maaşı 4,3% qalxıb.
Qeyd edək ki, Putin ötən il 8,65 milyon rubl, Medvedev isə 9,9 milyon rubl gəlir əldə edib.