Xəzər Xəbər

İrandan Türkiyəyə dəstək gəldi – Gözlənilməz

Dünya | 12:33 • 8 Oktyabr 2019
İrandan Türkiyəyə dəstək gəldi

ABŞ Suriya ilə əlaqəsi olmayan işğalçı qüvvədir. Birləşmiş Ştatların Suriyada olması üçün nə icazəsi, nə də ona olan etibarı var. Suriyada terrorizmlə mübarizə və sülhün təmin olunması sadəcə o ölkənin ərazi bütövlüyünə və xalqına hörmətlə mümkündür.

Bu sözləri İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın hərbçilərini Suriyadan çəkməsi qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Adana müqaviləsi Türkiyə-Suriya əlaqələri üçün çərçivə formalaşdırıb: "Kömək etməyə hazırıq”.

Xatırladaq ki, Zərif daha əvvəl bəyan etmişdi ki, Türkiyə öz təhlükəsizliyini Suriyanın suverenliyini pozaraq təmin edə bilməz./teleqraf


Xəbər lenti