Xəzər Xəbər

ABŞ Türkiyəni Yunanıstana dəyişir? Pompeo açıqladı

Dünya | 12:21 • 8 Oktyabr 2019
ABŞ Türkiyəni Yunanıstana dəyişir?

ABŞ hərbi sahədə Yunanıstanı Türkiyənin əvəzi olaraq görmür.

Bu sözləri ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

"Ümid edirəm ki, onlar bu sahədə bir-biri ilə yarışmırlar. Vaşinqton Yunanıstan və Türkiyəyə, hər birinə ayrı-ayrılıqda dövlət kimi yanaşır. Hər biri NATO-da müsbət nəticələrin təmin edilməsi üçün mükəmməl xarakterlər toplusuna, unikal imkanlara malikdir”, - deyə ABŞ rəsmisi bildirib.

Qeyd edək ki, son dövrlər Türkiyənin NATO-dan çıxacağı ilə bağlı iddialar fonunda ABŞ-ın buna cavab tədbiri olaraq Yunanıstanda hərbi bazalar yaradacağı deyilir. İddia edilir ki, Vaşinqton məhz "ittifaqdan çıxmış” Türkiyəyə qarşı buferzona yaratmağı planlaşdırır./axar.az

Xəbər lenti