Xəzər Xəbər

“Artıq dostumuz deyilsiniz” – ABŞ-dan şok Türkiyə açıqlamaları

Dünya | 11:22 • 8 Oktyabr 2019
“Artıq dostumuz deyilsiniz”

Türkiyənin Suriyanın şimal-şərq bölgələrində başladığı hərbi əməliyyatlara ABŞ-dan reaksiyalar gəlməkdə davam edir.

Bir müddət əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi olmuş Nikki Haley Tvitter hesabında "Türkiyə dostumuz deyil” mesajını paylaşıb.

Haley paylaşımında qeyd edib:

"Müttəfiqlərimizdən bizi dəstəkləməsini gözləyiriksə, həmişə onların arxasında olmalıyıq. Kürdlər Suriyada İŞİD-ə qarşı uğurlu mübarizə apardı, indi isə onları ölümlə üz-üzə qoymaq böyük bir xətadır”.

Keçmiş Dövlət katibi Hillari Klinton da Trampın Türkiyənin hərbi əməliyyatlara başladığı bölgədəki Amerika hərbi birləşmələrini çıxarmasına münasibət bildirib.

Prezidenti Trampı avtoritar liderləri dəstəkləməkdə ittiham edən Klinton deyib: "Trampın qərarı həm kürdlərə, həm də prezidentin adına qarşı qorxunc xəyanətdir.”/teleqraf

Xəbər lenti