Xəzər Xəbər

ABŞ-ın 50 hərbçisi Suriyadan çıxdı – Trampdan yeni açıqlama

Dünya | 11:17 • 8 Oktyabr 2019
ABŞ-ın 50 hərbçisi Suriyadan çıxdı

ABŞ Prezidenti Donald Tramp Türkiyə Silahlı Qüvvələrinin hərbi əməliyyatlara başladığı Suriyanın şimal bölgəsindəki 50 amerikalı hərbçinin çıxarıldığını açıqlayıb.

Ağ Evdə ABŞ-ın yüksək rütbəli hərbçiləri ilə görüşən Tramp Suriyada baş verən son olaylara dair açıqlama verib.

ABŞ-ın Suriyada lazım olandan çox qaldığını bildirən ABŞ başçısı hərbi qüvvələrin tədricən bölgədən çıxmağa başladığını deyib:

"ABŞ Suriyada ələ keçirdiyi İŞİD-çiləri və onların ailələrini uzun müddət əlində saxlamayacaq. Bu məsələdə Avropaya güvənməliyik, habelə İran, İraq, Türkiyə, Suriya və Rusiya kimi digər ölkələrə...”/teleqraf

Xəbər lenti