Xəzər Xəbər

Türkiyəyə MİLLİ ORDU da dəstək verəcək Baş qərargah rəisi AÇIQLADI

Dünya | 10:34 • 8 Oktyabr 2019
Türkiyəyə MİLLİ ORDU da dəstək verəcək

"Fəratın qərbini İŞİD terrorundan azad etdiyimiz kimi, Fəratın şərqini də terror qruplaşmalarından azad edəcəyik”.

Bunu Suriya Müvəqqəti Hökumətinin Müdafiə naziri və baş qərargah rəisi Səlim İdris deyib.

Nazir bildirib ki, hər bir hərbi əməliyyata hazırdırlar: "Fəratın şərqi Suriya torpaqlarının bir parçasıdır. Bu torpaqlar PKK və PYD-li terrorçuların liderlərinin yaratdığı Suriya Demokratik Qüvvələrinin nəzarətindədir. Bu terrorçular bölgə xalqlarını evlərindən ediblər. Bizim məqsədimiz bu terrorçuları məhv edərək bölgə xalqını evinə qaytarmaq olacaq. Türk qardaşlarımızla məqsədimiz eynidir. Suriyanı bölmək istəyən bu tayfalar Türkiyənin təhlükəsizliyi və sabitliyini də pozmağı hədəfləyir”.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd resiminə qarşı savaşan Azad Suriya Ordusu qrupları ötən cümə Suriya Hökumətinə bağlı Suriya Milli Ordusu adı altında birləşdiklərini elan etmişdi./publika.az

Xəbər lenti