Xəzər Xəbər

Trampdan Türkiyəyə SAVAŞ ÇIXARDACAQ SÖZLƏR: Məhv edərəm!

Dünya | 10:12 • 8 Oktyabr 2019
Trampdan Türkiyəyə SAVAŞ ÇIXARDACAQ SÖZLƏR:

ABŞ prezidenti Donald Tramp Türkiyəni növbəti dəfə təhdid edib.

Tramp "sərhədləri keçəcəyi” halda Türkiyəyə qarşı iqtisadi sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.

"Daha əvvəl güclü bir şəkildə ifadə etdim, indi bir daha təkrarlamaq üçün söyləyirəm: Türkiyə mənim dərin və bənzərsiz anlayışıma görə, sərhədlərin xaricində olduğunu düşündüyüm bir şey edərsə, Türkiyənin iqtisadiyyatını məhv edərəm və yox edərəm”, - Tramp tvitterdə yazıb.

ABŞ-ın İŞİD "xilafət”ini 100 faiz yox edərək onlardan gözləniləndən daha çoxunu etdiyini bildirən prezident Türkiyənin Avropa və digər ölkələr tərəfindən tutulan İŞİD döyüşçüləri və ailələrinə göz-qulaq olmalı olduğunu qeyd edib./publika.az

Xəbər lenti