Xəzər Xəbər

İki yaşında nadir xəstəliyə tutuldu: 29 ildir konservlə qidalanır

Dünya | 15:50 • 7 Oktyabr 2019
İki yaşında nadir xəstəliyə tutuldu:

İngiltərənin Qlosterşir qraflığının Dursli şəhər sakini 32 yaşlı Hyuqs Kolston yemək seçimi pozğunluğu xəstəliyinə görə 29 ildən çoxdur bişmiş yemək yeyə bilmir.

O, bişmiş yeməyin qoxusu və görünüşünün onu narahat etdiyini bildirib. Kolston iki yaşından bu nadir xəstəlikdən əziyyət çəkir. O, konservləşdirilmiş yeməklər, qarğıdalı dənələri, qəlyanaltı və çərəzlər yeyir.

Oğlanın ailəsi həkimə müraciət edib. Ancaq tibb işçiləridiaqnoz təyin etməkdə çətinlik çəkdiklərindən onu psixiatrlara yönləndiriblər. Sonralar ona yemək seçimi pozğunluğu xəstəliyi diaqnozu qoyulub. Kolston sonralar həkimlərin savadına güvənmədiyindən bir daha onlara müraciət etməyib.

Hazırda Kolston kuryer işləyir və yemək çatdırılması ilə məşğuldur. Evlidir və dörduşağı var. Böyük qızı atasının xəstəliyinin simptomlarını daşıyır.

Xəbər lenti