Xəzər Xəbər

İsti gəlişmə: İran nüvə müqaviləsindən çıxır? – Qərbə verilən vaxt azalır

Dünya | 15:30 • 7 Oktyabr 2019
İsti gəlişmə: İran nüvə müqaviləsindən çıxır?

"İran nüvə anlaşmasına dair üzərinə götürdüyü öhdəliklərin sayını azaltmağa davam edəcək”.

Bunu İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Bəhruz Kamalvəndi deyib.

Kamalvəndi bildirib ki, nüvə müqaviləsində iştirak edən ölkələr anlaşma üzrə öhdəlikləri yerinə yetirəcəyi halda, İran geri addım ata bilər.

Bundan əvvəl İran Prezidenti Həsən Ruhani öhdəlikləri yerinə yetirmək üçün Avropa İttifaqına 60 gün vaxt verdiklərini açıqlamışdı.

Prezident demişdi ki, müddət başa çatdıqdan sonra İran nüvənin zənginləşdirilməsi fəaliyətini genişləndirməyə davam edəcək./teleqraf

Xəbər lenti