Xəzər Xəbər

Portuqaliyada keçirilən parlament seçkilərində Sosialist Partiyası qalib gəlib

Dünya | 14:37 • 7 Oktyabr 2019
Portuqaliyada keçirilən parlament seçkilərində Sosialist Partiyası qalib gəlib

Dünən Portuqaliyada keçirilən parlament seçkilərində ölkənin Baş naziri Antoniu Koştanın Sosialist Partiyası qalib gəlib.


Xezerxeber.az xəbər verir ki, Sosialist Partiyası səslərin 36,6 faizini və Portuqaliya Assambleyasında 230 yerdən 106-sını qazanıb. İkinci yerdə 27,9 səs və 77 yer qazanmış Sosial-Demokrat Partiyasıdır. Sol blok 9,7 faiz və 19 yer, Demokratik Vəhdət Koalisiyası isə 6,7 faiz səs və 12 yer əldə edib.


İndi Antoniu Koştaya hökuməti formalaşdırmaq və yenidən Baş Nazir postuna seçilmək üçün digər siyasi qüvvənin dəstəyi lazımdır.


Qeyd edək ki, baş verən vəziyyət ölkə Prezidenti Marselu Rebelu di Sozanın və bütün namizədlərin çağırışına baxmayaraq, seçkilərdə 45 faizə yaxın seçicinin bitərəf qalması ilə bağlıdır. Problemin bir hissəsi hüquq sahəsində islahatlarla bağlıdır. İslahatlara görə bütün portuqaliyalı miqrantların avtomatik şəkildə siyahıyaalınması aparılır. Nəticədə seçicilərin sayı 10,8 milyon nəfərə çatıb, fakt üzrə isə onların sayı praktik olaraq dəyişməyib.

Xəbər lenti