Xəzər Xəbər

İsraildən İrana qarşı ŞOK HƏMLƏ Yeni silah istehsal edir

Dünya | 10:49 • 7 Oktyabr 2019
İsraildən İrana qarşı ŞOK HƏMLƏ

İsrail yeni bir hava hücumundan müdafiə sistemi istehsal etməyə hazırlaşır.

Layihənin büdcəsi 1 milyard dollar yaxındır.

Makan ictimai yayım qurumunun xəbərinə görə, Baş nazir Benyamin Netanyahu İsrail Təhlükəsizlik Kabinetindəki nazirlərə sözügedən planla bağlı bilgi verib. Netanyanunun Səudiyyə Ərəbistanındakı neft platformalarına hücumda İranı günahlandırdığı xatırladılan xəbərdə bu layihə ilə kruiz raketlərinə qarşı mübarizə aparılmasının hədəf götürüldüyü bildirilib.

Layihəyə görə vergilər artırılacaq

Xəbərdə layihənin detallarına yer verilməsə də, büdcə ayrılması üçün sosial proqramlarda kəsrə gediləcək, vergilər artırılacaq.

Qeyd edək ki, İsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi ilə yanaşı, patriot raketlərinə qarşı ərsəyə gətirilən çox sayda hava hücumundan müdafiə sistemi var./publika.az

Xəbər lenti