Xəzər Xəbər

Tramp hərəkətə keçdi: ABŞ-a xəyanət edənlər belə cəzalandırılacaq

Dünya | 10:08 • 7 Oktyabr 2019
Tramp hərəkətə keçdi:

ABŞ prezidenti Donald Tramp Konqresin Nümayəndələr Palatasının sədri Nensi Pelosi və Kəşfiyyat Komitəsinin rəhbəri Adam Şiffi vətənə xəyanətdə ittiham edib.

Prezident bu şəxslərin və onlara yardım edən hər kəsin impiçment olunmasını istəyib.

Tvitter hesabından Konqres rəsmilərinə od püskürən Tramp Pelosini əsəbi, Şiffi isə fırıldaqçı adlandırıb: "Bütün bunlar əsəbi Nensini, ən az, Şiff qədər böyük cinayətlər və qəbahətlərdən, hətta vətənə xəyanətdən günahkar çıxarır. Hesab edirəm ki, bu, onlarla birlikdə işləyən hər kəs də daxil olmaqla, Pelosi və Şiffin impiçment edilməsinin vacibliyi anlamına gəlir”.

Qeyd edək ki, Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenski arasında baş tutan mübahisəli telefon danışığı ABŞ Koqnresindəkui demokratların onu impiçment etməsinə səbəb olmuşdu.

publika.az

Xəbər lenti