Xəzər Xəbər

Baş nazir razılaşdı: İraqda böyük dəyişiklik...

Dünya | 17:44 • 6 Oktyabr 2019
Baş nazir razılaşdı: İraqda böyük dəyişiklik...

İraqın Baş naziri Adil Əbdülmehdi ölkədə baş verən etirazlar fonunda köməkçilərinin hazırladığı Nazirlər Kabinetində dəyişikliklər planı ilə razılaşıb.

Bu barədə "Əl-Sumariya” nəşri yazıb.

"Baş nazir bəzi köməkçilərinin rəhbərlik etdiyi planı həyata keçirməyə hazırdır. Plan özündə hakimiyyətdə geniş dəyişiklikləri ehtiva edir”, - nəşr yazıb.

Qeyd edək ki, artıq bir neçə gündür İraqın paytaxtı Bağdadda etiraz aksiyalarına start verilib. Etirazçılar hökumətdən iş yerlərinin yaradılmasını, səhiyyədəki problemlərin həllini, korrupsiya ilə mübarizəni və hökumətin istefasını tələb edirlər. Tezliklə etirazlar Bağdadla yanaşı, bir sıra vilayətlərə də keçib.

İraq hökuməti bununla əlaqədar olaraq ölkənin mərkəzi və cənubunda interneti tam məhdudlaşdırıb, komendant saatı tətbiq edib və İranla sərhədi qapadıb./axar.az

Xəbər lenti