Xəzər Xəbər

Amerikalı diplomatın arvadı Britaniya və ABŞ arasında qalmaqala səbəb ola bilər

Dünya | 16:51 • 6 Oktyabr 2019
Amerikalı diplomatın arvadı Britaniya və ABŞ arasında qalmaqala səbəb ola bilər

Böyük Britaniyada ABŞ diplomatının həyat yoldaşının iştirakı ilə baş verən və gənc adamın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi iki ölkə arasında münaqişəyə gətirib çıxara bilər.

Bu barədə Sky News xəbər verir.

Kanalın məlumatına görə, qadın 19 yaşlı britaniyalının ölümünə səbəb ola bilərdi. Yerli polis hesab edir ki, amerikalı diplomatın arvadının avtomobili oğlanın motosikli ilə toqquşub.

Hazırda qadın diplomatik immunitetdən istifadə edərək Britaniyanı tərk edib.

Britaniyanın xarici işlər naziri bu xəbəri mənfi qarşılayıb və ABŞ səfirinə məyus olduğunu bildirib.

Qeyd edilir ki, qəza avqustun 27-də baş verib.

Xəbər lenti