Xəzər Xəbər

Baydendən Trampa qarşı - Sərt ittihamlar

Dünya | 15:40 • 6 Oktyabr 2019
Baydendən Trampa qarşı - Sərt ittihamlar

ABŞ-ın sabiq vitse-prezidenti Cozef Bayden ölkə başçısına qarşı sərt ittihamlar səsləndirib.

Teleqraf.com xəbər verir ki, Bayden Donald Trampı prezident səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etdiyini iddia edib.

Onun sözlərinə görə, Trampın səlahiyyətlərindən sui-istifadə etməsinə dair daha çox sübutlar meydana çıxır.

Keçmiş vitse-prezidentin fikrincə,Tramp öz vəzifəsindən milli maraqların qorunması deyil, şəxsi maraqların təmin edilməsi üçün yararlanır.


Xəbər lenti