Xəzər Xəbər

Yağış və sel İranın bu vilayətini iflic etdi

Dünya | 15:13 • 6 Oktyabr 2019
Yağış və sel İranın bu vilayətini iflic etdi

İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətində aramsız yağan yağışlar və çayların daşması nəticəsində vilayətin cənubunda yeddi istiqamətin yolu bağlanıb.

Trend-in məlumatına görə, bunu İranın Sistan və Bəlucistan vilayətinin fövqəladə hallar üzrə idarəsinin baş direktoru Əbdürrəhman Şahnəvazi deyib.

Ə.Şahnəvazinin sözlərinə görə, vilayətin Qəsrqənd rayonunun 40 kəndi ilə əlaqə yolları hələ də bağlıdır.

Şahnəvazi əlavə edib ki, indiyədək bu rayonun 27 kəndində 81 ailəyə yardım edilib.

Yağış nəticəsində Sistan və Bəlucistan vilayətinin Sib və Suran rayonunda isə məktəblər fəaliyyətini dayandırıb.

Xəbər lenti