Xəzər Xəbər

Pompeo Yunanıstana getdi

Dünya | 12:41 • 6 Oktyabr 2019
Pompeo Yunanıstana getdi

Afinada rəsmi səfərdə olan ABŞ-ın dövlət katibi Maykl Pompeo Yunanıstan hakimiyyəti ilə ABŞ lideri Donald Tramp və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüşün keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Pompeo Yunanıstan Dövlət Televiziyasına müsahibəsində iki liderin birgə görüşünün mümkünlüyünə toxunub.

"Hələ bir şey təsdiq edə bilmərəm, amma Tramp və Mitsotakis arasındakı görüş barədə danışdıq..Hər iki liderin daha əvvəl danışmaq imkanı var idi və əminəm ki, dialoqu davam etdirəcəklər", - deyə dövlət katibi bildirib.

Qeyd edək ki, iyul ayında Tramp və Mitsotakis arasında telefon danışığında tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üzərində işləməyə razılıq veriblər./teleqraf


Xəbər lenti