Xəzər Xəbər

Tramp Şimali Koreyaya vəd verdi: Şərtlərimizi icra etsəniz...

Dünya | 12:12 • 6 Oktyabr 2019
Tramp Şimali Koreyaya vəd verdi:

ABŞ Prezidenti Donald Tramp Şimali Koreyanın onun bütün şərtlərini icra edəcəyi təqdirdə sanksiyaları 3 il ərzində ləğv edəcəyə söz verib.

Bu məlumatı "Taym” yayıb.

Məlumata görə, əgər Şimali Koreya Yonbendəki nüvə obyektlərini ləğv edib, uranın zənginləşdirilməsini dayandırsa, Tramp Şimali Koreya liderinə tekstil və kömür ixracı sanksiyalarının ləğvini təklif edə bilər.

Yaxın zamanlarda bununla əlaqədar olaraq ABŞ və Şimali Koreya rəsmi nümayəndələri arasında danışıqların planlaşdırıldığı vurğulanıb./axar.az

Xəbər lenti