Xəzər Xəbər

Trampın arvadı bu dilləri zəif bilir: Yalanı ifşa oldu...

Dünya | 11:52 • 6 Oktyabr 2019
Trampın arvadı bu dilləri zəif bilir:

ABŞ-ın birinci xanımı Melaniya Tramp xarici dilləri olduqca zəif bilir.

Bu barədə amerikalı jurnalist Con Aravosis araşdırma aparıb.

Jurnalistin sözlərinə görə, birinci xanım dəfələrlə alman, fransız və italyan dillərini bildiyini açıqlayıb. Lakin videogörüntülərin təhlili onu göstərir ki, o, əksər hallarda ingilis və ya doğma sloven dilində danışır.

"Fransa və İtaliya səfərlərində bir neçə salamlama ifadəsindən sonra dərhal ingilis dilinə keçdi. Əminəm ki, bu dilləri baza səviyyəsindən aşağı bilir”, - jurnalist bildirib./axar.az

Xəbər lenti