Xəzər Xəbər

Rusiyanın nüvə hücumuna cavab üçün bu qədər vaxtı var

Dünya | 11:36 • 6 Oktyabr 2019
Rusiyanın nüvə hücumuna cavab üçün bu qədər vaxtı var

Erkən xəbərdarlıq sisteminin işə düşməsi ilə Rusiyanın nüvə hücumuna cavab vermək üçün daha çox vaxtı olacaq.

Bunu Rusiya Hava-Kosmos Qüvvələrinin komandiri Anatoli Nesteçuk deyib. O, sürətli şəkildə qərar verməyin vacib olduğunu diqqətə çatdırıb:

"Raketlərin gəldiyi yer, istiqaməti və uçuş formasına görə havada qalmaq vaxtı fərqlidir. Sürətli şəkildə qərar verə bilmək üçün çox ciddi, güclü iradəyə sahib olmaq lazımdır. Lakin qərar vermək üçün kifayət qədər vaxt olduğunu demək olar. Dəqiqələr hətta onlarla deyil, daha çoxdur”.

A.Nesteçuk Rusiya Hava-Kosmos Qüvvələrinin 2025-ci ildən sonrakı yeni dövlət silahlanma proqramında radar stansiyalarının inşasına davam edilməsini məsləhət gördüyünü söyləyib./axar.az

Xəbər lenti