Xəzər Xəbər

Taliban ABŞ-la məxfi görüş keçirdi

Dünya | 10:43 • 6 Oktyabr 2019
Taliban ABŞ-la məxfi görüş keçirdi

Taliban nümayəndə heyəti ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zalmay Xəlilzadla görüşüb.

Axar.az xəbər verir ki, bu məlumatı "Assoşeyted Press” agentliyi yayıb. Məlumata görə, görüş İslamabadda baş tutub.

Talibanın nümayəndə heyətinə təşkilatın ən nüfuzlu liderlərindən biri olan molla Əbdül Qəni Baradar rəhbərlik edib. Görüşdə nələrin müzakirə edildiyi açıqlanmayıb.

Agentlik ABŞ hökumətinin bu görüşü sülh danışıqlarının başlanması kimi dəyərləndirmədiyini bildirib.

Qeyd edək ki, Tramp bundan öncə Talibanla danışıqları dayandırdığını açıqlamışdı.

Xəbər lenti