Xəzər Xəbər

Bağdadda etirazçılarla polis arasında toqquşmalar başladı

Dünya | 10:34 • 6 Oktyabr 2019
Bağdadda etirazçılarla polis arasında toqquşmalar başladı

Şənbə günü Bağdaddakı nümayişçilər, hakimiyyət komendant saatı qaldırdıqdan sonra aksiya keçirmək üçün Təhrir meydanına yenidən gəliblər.

Trend-in məlumatına görə, polis güvvələri Iraqın neft nazirliyinin binası yaxınlığında yolları bağlayıblar.

Qeyd edək ki, toqquşma zamanı ən azı beş nəfər ölüb.

Fələstin küçəsindəki Nahil ticarət mərkəzinin yaxınlığında ən az 500 aktivist mitinq keçirib. Polisin nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.

Xəbər lenti