Xəzər Xəbər

İran Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır - AÇIQLAMA

Dünya | 12:31 • 5 Oktyabr 2019
İran Azərbaycan ilə bütün sahələrdə əməkdaşlıqda maraqlıdır -

İran Azərbaycan ilə bütün sahələrdə qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafında maraqlıdır.


Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Şərqi Azərbaycan vilayətinin valisi Məhəmmədrza Purməhəmmədi deyib.


O bildirib ki, ötən il İran ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmində 74 faiz artım müşahidə edilib. Bu fakt İki ölkə arasında tranzit və yük daşınmaları, avtomobil istehsalı, səhiyyə və müalicə, kənd təsərrüfatı, texnologiya, elm və mədəniyyət sahələrində çox yaxşı əməkdaşlıq əlaqələrinin mövcuddluğunu göstəir.


Vali xatırladıb ki, ötən 6 ildə prezidentlər səviyyəsində 12 görüş keçirilib. İki ölkə arasında əlaqələrin səmimi xarakter daşıması təsadüfü deyil. İran və Azərbaycan arasında dərin tarixi, mədəni və dini bağlılıqlara toxunan vali qeyd edib ki, bütün sahələr üzrə davam edən əməkdaşlıq dostluq və qardaşlığa əsaslanır.


Məhəmmədrza Purməhəmmədi bildirib ki, İranın Şərqi Azərbaycan vilayəti Azərbaycan Respublikası ilə həmsərhəddir. Bu isə iqtisadi və ticarət əlaqələrinin genişlənməsi və əməkdaşlığın inkişafı üçün böyük imkanlar yaradır. Dövlətlərin həmsərhəd olması tranzit yükdaşımalar üçün imkan yaradır və bu imkandan istifadə etmək lazımdır. Bunun üçün hər iki ölkənin iqtisadi potensialı var.

Xəbər lenti