Xəzər Xəbər

İstanbulda leysan yağışlar və güclü külək fəsadlar törədib

Dünya | 12:15 • 5 Oktyabr 2019
İstanbulda leysan yağışlar və güclü külək fəsadlar törədib

İstanbulda bu gün gecə saatlarından başlayaraq yağan leysan yağışlar və əsən güclü külək bir sıra fəsadlar törədib.


Təbiət hadisəsi zamanı bəzi evlərin dam örtüyü uçub. Şəhərin bir çox yerində iş yerlərini və evləri su basıb.


İstanbulun Maltepe rayonunda güclü küləyin təsirindən bir məktəbin dam örtüyü uçaraq yaxınlıqda dayanan 6 avtomobilin üzərinə düşüb.


Şəhərin bir çox bölgələrində olduğu kimi ən köhnə tikililərin olduğu Beyoğlu rayonunda da yolları su basıb. Bu istiqamətdə maşınların hərəkətində çətinliklər yaranıb. Bəzi ərazilərdə yollar çöküb, güclü külək ağacları kökündən çıxarıb.


Şəhərdə gecə saatlarında hökm sürən yağıntılı hava şəraiti qəzalara da səbəb olub.


Belə yol nəqliyyat hadisələrindən biri İstanbulun Arnavutköy Hadımköy bağlantı yolunda baş verib. Burada içərisində Türkiyəyə qanunsuz yollarla daxil olmuş 50 köçkün olan qoşqulu maşın qəza törədib. Hadisə nəticəsində çoxlu sayda yaralının olduğu bildirilir. (AZƏRTAC)

Xəbər lenti