Xəzər Xəbər

İlk dəfə olaraq açıq kosmosa yalnız qadınlar çıxacaqlar

Dünya | 11:09 • 5 Oktyabr 2019
İlk dəfə olaraq açıq kosmosa yalnız qadınlar çıxacaqlar

Tarixdə ilk dəfə olaraq yalnız qadınlardan ibarət heyət açıq kosmosa çıxa bilər.


"İnterfaks”ın verdiyi məlumata görə, bu şərəfə amerikalı astronavtlar – Kristina Kuk və Enn Makkleyn layiq görülüblər.


Bu kosmik əməliyyatın 2019-cu ilə planlaşdırıldığı bildirilir.


Qeyd edək ki, indiyədək açıq kosmosa yalnız qadınlardan ibarət heyət çıxmayıb.


Məlumata əsasən, Kuk və Makkleyn hazırda Beynəlxalq Kosmik Stansiyanın göyərtəsindədirlər.

Xəbər lenti