Xəzər Xəbər

İran yeni ballistik raketlərini təqdim etdi

Dünya | 16:59 • 22 Sentyabr 2019
İran yeni ballistik raketlərini təqdim etdi

İran Tehranda keçirilən hərbi paradda "Xurdad-15” raketdən müdafiə sistemlərinin istifadə edə biləcəyi 18 növ yerli istehsal yeni ballistik raketlərini təqdim edib.

Bu barədə "FARS” agentliyi informasiya yayıb.

Nümayiş olunan silahlar arasında 2 min kilometrdən artıq məsafəni qət edən raketlərdə istifadə olunan yeni döyüş başlığı da təqdim edilib. Döyüş başlığının maksimal çəkisi – 1.8 tondur.

İran hərbçiləri paradda həmçinin yeni zirehli maşın və artilleriya sistemlərini təqdim ediblər./axar.az

Xəbər lenti