Xəzər Xəbər

Sentyabrın 19-u Daşkənd metrosu pulsuz işləyir

Dünya | 15:48 • 19 Sentyabr 2019
Sentyabrın 19-u Daşkənd metrosu pulsuz işləyir

Sentyabrın 16-dan 22-dək dünyanın təxminən 50 ölkəsində Avropa Sürət Həftəsi keçirilir.


AZƏRTAC xəbər verir ki, bu həftə çərçivəsində sentyabrın 19-u Daşkənd metrosu pulsuz işləyir, "yeraltı şəhər”in giriş çıxışlarında, vestibüllərində müxtəlif mədəni tədbirlər keçirilir. Musiqiçilər, aktyorlar, rəssamlar öz bacarıqlarını nümayiş etdirir, əyləncəli proqramlar hazırlayan televiziya kanalları sərnişinləri əyləndirirlər.


Metronun "Aybek” və "Minqurik” stansiyalarında musiqili teatr səhnəcikləri göstərilib, saat 17:00-dan 19:00-dək isə simfonik orkestrin ifasında konsert olacaq. "Əmir Teymur” və "Yunus Rəcabi” metro stansiyalarının vestibülləri və keçidlərində sərgi salonları yaradılıb, bu, sərnişinlərin böyük marağına səbəb olub.


"Əlişir Nəvai” və "Paxtakor” stansiyalarının vestibülü və keçirlərində Daşkənd mertosunun tarixi ilə bağlı fotosərgi sərnişinlərin diqqətini cəlb edir.


Səhər saat 10:00-dan 20:00-dək vaqonlarda rəqs kollektivlərinin ifaları marağa səbəb olur. Opera sənətçiləri, sirk ustaları da yaddan çıxmayıb. Müxtəlif stansiyalarda onlar da öz ustalıqlarını nümayiş etdirirlər.


Həftə çərçivəsində sentyabrın 22-də isə "Avtomobilsiz gün” aksiyası keçiriləcək. Təşkilatçılar avtomobil sahiblərini həmin gün ictimai nəqliyyatdan istifadə etməyə çağırır.

Xəbər lenti