Xəzər Xəbər

ABŞ bəyan etdi: Uçan boşqablar həqiqətdir

Dünya | 15:08 • 19 Sentyabr 2019
ABŞ bəyan etdi:

Amerika hərbi donanması Uçan Naməlum Obyektlərin (UNO) həqiqət olduğunu bəyan edib.

ABŞ Müdafiə Nazirliyi 2004-cü ildə Kaliforniya ştatında, 2015-ci ildə isə Florida ştatı hava məkanında yad cisimləri qeydə alıb.

Dünən ABŞ hərbi dəniz donanması yad cisimlərin artıq gerçək olduğunu elan edib.

Donanmanın sözçüsü Cozef Qradşer verdiyi açıqlamada UNO-ların həqiqət olmasını onun ictimaiyyətə açıqlamaq anlamına gəlmədiyini qeyd edib.

Xatırladaq ki, UNO-ların həqiqət olduğu haqda ilk dəfə 2017-ci ildə "Nyu-York Times” qəzeti gündəmə gətirmişdi.

ABŞ Prezidenti Donald Tramp aprel ayında verdiyi açıqlamada donanma pilotlarının hava məkanında gördüyü yad uçan cismlərin sayında artım olduğunu bəyan etmişdi./teleqraf

Xəbər lenti

Çox oxunanlar