Xəzər Xəbər

Tarixi anlaşma: “O dedi ki, görüşə bilər” – Əsəd və Ərdoğan barışır

Dünya | 14:59 • 19 Sentyabr 2019
Tarixi anlaşma: “O dedi ki, görüşə bilər”

"Prezident Rəcəb Tayyib Ərdoğanla görüşdə Suriya başçısı Bəşər Əsədlə görüş məsələsini müzakirə etdik”.

Bunu Türkiyənin müxalifətdə olan Səadət Partiyasının sədri Təməl Karamollaoğlu deyib.

Partiya sədri Ərdoğanın suriyalı həmkarı ilə görüşü istisna etmədiyini bildirib:

"Mən birbaşa "Mütləq Əsədlə görüşmək lazımdır” ifadəsini işlətmədim, amma Suriya ilə müzakirə aparmağın vacibliyinə diqqət çəkdim. Hörmətli prezident buna etiraz etmədi. Üstəlik, müəyyən səviyyələrdə bir sıra danışıqların başladığına dair sözlər dedi.

Zatən, Ankarada İran, Rusiya və Türkiyə arasında baş tutan görüşdə bunun nəticəsini gördük. Verilən qərarlar bu istiqaməti göstərir”./teleqraf.com

Xəbər lenti