Xəzər Xəbər

Əfqanıstanda terror aktı: azı 20 nəfər ölüb

Dünya | 11:57 • 19 Sentyabr 2019
Əfqanıstanda terror aktı:

Əfqanıstanın cənubunda terrorçu kamikadzenin yük maşınına qoyulmuş bombanı partlatması nəticəsində ən azı 20 nəfər ölüb. 


Xezerxeber.az xarci mediaya istinadən xəbər verir ki, insident sentyabrın 19-da səhər saatlarında baş verib.


Yerli polisin məlumatına görə, Zabul vilayətindəki xəstəxananın yaxınlığında törədilmiş partlayış nəticəsində 90 nəfər də yaralanıb. Qeyd olunub ki, həmin xəstəxana qonşu Qəndəhar və Qəzni vilayətlərinin əhalisinə də tibbi xidmət göstərir.


Vilayətdə yayımlanan "Salam Əfqanıstan” radiosunun məlumatında bildirilir ki, yaralıların çox olması səbəbindən Zabul xəstəxanasına cərrahiyyə əməliyyatları aparmaq üçün qonşu vilayətlərdən də həkimlər gətirilib.


Terror aktına görə məsuliyyəti "Taliban” hərəkatı öz üzərinə götürüb.

Xəbər lenti